• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 07.11.2018 14:50

Şəmkirdə xurma yığımı davam edir

KepezTV Player

Şəmkirin xurma bağlarında məhsul boldur. Ötən il hər hektardan 25 ton məhsul götürən bağ sahibləri bu il orta məhsuldarlığın 30 tona çatdığını deyirlər. Məhsulun bolluğu xurmanın bazar qiymətinə təsirsiz ötüşməyib. Əvvəllər bir kloqramı 40-45 qəpiyə satılan xurma hazırda alıcılara 20-25 qəpiyə təklif olunur. Xurmanın bolluğu tək yerli deyil, Rusiya bazarlarına da öz təsirini göstərib. Bu səbəbdən də fermerlər hazırda xurmanın satşından çox saxlanılmasına üstünlük verir. Rayonda mövcud olan soyuducu kameralar bu baxımdan tələbatı ödəyəcək həcmdədir. 1816 hektar xurma bağı olan rayonda 52-i hektar bağ yeni salınıb.

Hüseyn Əliyev - bağ sahibi: İllərdə bunun yeşiyini verirdik 5 manata bu il yarıya-yarı aşağı düşdü. Buda ölçüb-biçirik bizi heç çür qane etmir.

Araz Məmmədov - Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri: Rayon üzrə ötən il 40 min ton xurma götürülüb. Bu il məhsuldarlıq bir qədər də yüksəkdir. Ancaq bu il bolluq olduğundan yerli deyil xarici bazarlara daha çox çıxarılır.

 

Natiq Hüseyn