• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 03.11.2018 15:13

Gəncədə yaşayış binalarının da mərkəzləşdirilmiş qaydada istilıiklə təminatı planlaşdırılır

KepezTV Player

İlkin olaraq qışda daim mənzilləri isidiləcək binaların sayı dəqiqləşdirilib. Bəs Gəncə sakinləri nə vaxtdan bu xidmətdən yararlana biləcək, qarşıdakı sujetdə.

Gəncədə 800-dən artıq çoxmərtəbəli binanın qış mövsümündə istiliklə təminatı nəzərdə tutulub. İşlərə şəhərin hansı hissəsindən başlanılacağı məlum olmasa da dəqiq olan məsələnin 2019-2022-ci illəri əhatə edən tədbirlər planındə yer almasıdır.

Araz Məmmədov Gəncə İstilik Sistemləri İstismar Sahəsinin rəisi: “Qiymətlər də əhali üçün çox sərfəlidir. Kvadrat metri 15 qəpik əhali pul ödənilir. İctimai binalarda məktəblər, xəstəxanalar bunlar kubmetrlər hesablanır və 25 qəpik pul ödənilir. Əhlinin birinin mənzilin sahəsi 100 kvm ayda 15 manat pul ödəyəcək, istiliklədə bütün ay ərzində gecə gündüz təmin olunacaqdı. Bu da çox sərf edir. İndi şəhərdə çox mənzilli binalar da əhalini istiliklə təmin eləmək üçün çalışırlar.

Bunadək isə Azəristiliktəchizat tərəfindən Gəncədə sosial obyektlərin mərkəzləşdirilmiş formada isidilməsi həyata keçiriliəcək.

Gəncə İstilik Sistemləri İdarəsinin balansında 20 qazanxana var ki, bunlardan da 12-i stasionar qaydada fəaliyyət göstərir. Qalan 8 qazanxana isə bu cür modul tipli qazanxanalardı.

Bu qazanxanaların 6-ı orta məktəb, 4-ü uşaq baxçası, 10-u isə poliknika və xəstəxanalar üçün nəzərdə tutulub. Qazanxanaların qışa hazırlığı çərçivəsində cari təmir işləri görülüb, qaz xətlərindəki sızmalar aradan qaldırılıb, su borularında sınaq yoxlamaları aparılıb.

Araz Məmmədov Gəncə İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi: “Sistemin içərisi yuyulub su ilə təmizlənibdir. Bütün mühəriklər açılıb lazım olan diyircəklər dəyişilib, yağlanıb yerinə bağlanıb. Bütün boruların hamısı təmizlənibdir, hazır vəziyyətə gətirilib.

Nazirlər kabinetinin qərarına uyğun olaraq qış mövsümü noyabırın 15-dən aprelin 15-nə kimi davam edir.

Elnur Vahidoğlu