• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 31.10.2018 10:03

Alpina atelyesi BMW 4 seriyalarını gücləndirdi

Bavariyanın Alpina atelyesi B4 S Bi-Turbo kupe və kabrioletini Edition 99 adı ilə yeniləyib. Maşınlar 452 at güclü mühərrik, titandan eqzoz sistemi və kuzov üçün 5 variantda rəng qazanıb. Tiraj cəmi 99 ədəd olacaq. Adi Alpina B4 S Bi-Turbo maşınlarından fərqli olaraq bu dəfəkilər təkmilləşmiş 3 litrlik motorlarla təchiz olunub və at gücü 12 vahid artıb. Buna baxmayaraq dinamik göstəricilər dəyişməz qalıb. Tam ötürücü kupe 3,9 saniyə ilə, arxa ötürücülü kupe və kabriolet isə 4,2 saniyəyə ilk 100-ü yığır. Maksimal sürətsə modifikasiyadan asılı olaraq 303-306 km/saat arasında dəyişir.