• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 30.10.2018 10:26

Xiaomi çərçivəsiz Mi Mix 3 smartfon-slayderini göstərdi

Bir çox yeni smartfonlarda yuxarı hissədə olan çıxıntı bəzi istifadəçilərin ürəyincə deyil. Bir çox istehsalçılar çıxıntını müxtəlif üsullarla gizlətməyə çalışırlar. Xiaomi də yeni məhsulunda bu yola əl atıb. Mi Mix 3, aparatın üst səthinin 93,4%-i tutan 6,39 düymlük ekran qazanıb. Smartfon Qualcomm Snapdragon 845 prosessoru, 6, 8 və ya 10 QB operativ yaddaş, 128 QB isə əsas yaddaşla təmin olunub. Mobil cihaz 385 mAs həcmli sürətli və naqilsiz enerji yığmanı dəstəkləyən batareyaya malikdir. Sürüşmə mexanizminə gəkdikdə, o maqnitlidir. İstifadəçi istəsə smartfonunun sürüşmə mexanizminin səsini dəyişə, ya da açılarkən dərhal zəngə cavab verə, ya da hansısa aplikasiyanı işə sala bilər. İki qat zumu olan əsas kamera 12 meqapikseldir. Öndə quraşdırılan kamera 24 və 2 Mp ölçüsündə çəkir. Mi Mix 3 artıq Çində 475 dollara sifarişə açıqdır. Versiyaya görə qiymət 720 dollara qədər dəyişir.