Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının hesabat konserti olub. Bu, ansamblın filarmoniyanın yeni binasında ilk çıxışıdır. 1 saat 10 dəqiqə davam edən konsertdə xalq, bəstəkar mahnıları, muğamlarla yanaşı, rəqslər də tamaşaçıların könlüncə olub. Ansamblın 8 solisitinin bir-birindən maraqlı ifaları alqışlarla qarşılanıb.
Şahnaz Haşımova - Xalq artisti : Ümumi ansanbılın konsertidir. Mən bu gün Tofiq Bakıxanovun “Gözəlliklər məskəni”, Hacıbaba Hüseynovun “Tar çalan oğlan”, İzolda Babayevanın “O gözlər” mən heç bir zaman bu əsərləri oxumamışam”.
Sahil Quliyev - ansamblın bədii rəhbəri: “Göygöl Dövlət Mahnı və Rəqs ansambılı illər öncə rəqsləri çaldığı kimi bu gün də canlı ansambılın rəqsləri ifa olunacaq”.
Elnur Vahidoğlu
- Baxış: 802