• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2284
— 25.10.2018 10:02

Robot ilan nərdivana dırmaşmağı öyrəndi

Robot texnologiyaları bəzən qorxuducu ola bilir. Boston Dynamics şirkətinin robotları insanları qorxutmuş ola bilər, amma bu dəfəki robotun xüsusiyyətləri lap dəhşətlidir. Nərdivana çıxa bilən bu robot ilan yapon mənşəlidir. Kioto Universiteti və Elektro-Əlaqə Universitetinin birgə reallaşdırdığı layihə, 2019 IEEE/RJS Beynəlxalq Ağıllı Robotlar və Sistemlər Konqresində təqdim olunub. Konfransın şüarı da "Robot cəmiyyətə doğru" adını daşıyır. Robot ilanın əsas məqsədi zəlzələ, sunami kimi fəlakətlərdə insanların çata bilməyəcəyi yerlərə çatmaq, dağıntıda axtarış-xilasetmə işlərinə dəstək verməkdir.