KepezTV Player
Şabran rayonunda bıçaqlanma olub. 26 yaşlı İlkin Novruzovla 22 yaşlı Elməddin Əmiraslanov arasında mübahisə yaranıb. Nəticədə Novruzov Əmiraslanovun qarın boşluğuna bir neçə bıçaq zərbəsi vurub. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Ona qarının deşilmiş-kəsilmiş yarası, daxili qanaxma diaqnozu qoyulub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağırdır. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 679