Qələm, zərgərlik məmulatları və digər lüks məhsullar istehsal edən Montblanc şirkəti ilk dəfə Snapdragon Wear 3100 prosessoru ilə işləyən “ağıllı” saatlar anons edib. əvvəlki Qualcomm platforması ilə müqayisədə bu, akkumlyatordan 12 saata qədər istifadə etməyə imkan verir. Time Only rejimi ilə isə bir həftə enerji yükləməyə ehtiyac qalmır. Summit 2 öncəkinin diyaznındadır və 1,2 düymlük AMOLED ekrana malikdir. Operativ yaddaş 1 qiqabaytadək, fləş-yaddaş 8 QB-dək artırılıb. Summit 2 ABŞ-da $995-a satışa çıxarılıb.
- Baxış: 562