Lamborghini şirkəti Aerodinamica Lamborghini Attiva (ALA) sisteminin necə işlədiyini göstərib. Sistem kupe Aventador SVJ hardkorunda tətbiq olunub. Aktiv aerodinamik elementlər kompleksi Aventador SV-dən 40 faiz daha çox güc yaradır və yan müqaviməti 1 faizə qədər endirir. Kompleksin tərkibinə ön bamperdə və mühərrik qapağında olan elektron nəzarətli damperlər daxildir. Onlar təxminən 500 milli saniyəyə açılır və bu an rejimdən asılı olaraq hava axınlarının istiqamətini dəyişilir. Lamborghini Aventador SVJ 12 silindrli 6,5 litrlik atmosfer motorla təchiz olunub. 770 at güclü bu aqreqatla superkar “yüzü” 2,8 saniyəyə yığır. Ekstremal Aventadorun maksimal sürəti isə 350 km/saatdır.
- Baxış: 603