Çinin Huawei şirkəti Mate 20 və Mate 20 Pro adlı flaqman smartfonlarını təqdim edib. Onlar innovasiyalarına görə yeni iPhone-ları geridə qoyub. Hər ikisi güclü 8 nüvəli Kirin 980 prosessoru ilə işləyir. Daha qabaqcıl Huawei Mate 20 Pro 6,3 düymlük OLED ekran qazandığı halda Mate 20 6,53 düymlük LCD ekranla kifayətlənib. Aparatlar barmaq izlərini tanıyan skanerlərlə təmin olunub. Pro variantı ekranın yuxarı hissəsində iri çıxıntı əldə edib və orada 3D sistemli üztanıyan ön kamera yerləşir. Mate 20-in operativ yaddaşı 4 ya da 6 QB, Mate 20 Pro isə 6 ya da 8 QB ola bilər. Cihazların əsas yaddaşı 128 QB-a bərabərdir. Bu rəqəm yeni formatlı yaddaş kartı olan nanoSD sayəsində daha da arta bilər. Mobil qurğuların hər birinin 3 əsas kamerası var. Mate 20-də əsas 12 Mp, geniş bucaqlı 16 Mp və telefoto modullu 8 Mp-dirsə, Pro-da göstəricilər müvafiq olaraq 40, 8 və 20 meqapikseldir. Sonuncunun 3 qat optik zumu da var. Hər ikisində ön kamera 24 Mp-dir. Batareyaların həcmi Mate 20-də 4000 və Mate 20 Pro-da isə 4200 mAs-a çatır. Pro variantlı smartfonla hətta digər cihazları enerji ilə təmin etmək mümkündür. 26 oktyabrdan satışa çıxacaq 6 QB yaddaşlı Mate 20-ə 849 avro, Huawei Mate 20 Pro-ya isə 1049 avro qiymət qoyulub.
- Baxış: 615