Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatında elmi texniki tərəqqinin aktual problemləri Aqromexanika Elmi-Tədqiqat İnstitunda baş tutan konfransda müzakirə edilib. Görüşdə 3 istiqamət üzrə elmi mövzular dinlənilib. Bunlar bitgiçilik və heyvandarlığın kompleks mexanikləşməsi, kənd təsərrüfatı məhsullarını emalı, eləcə də texnikadan və alterantiv enerji mənbələrindən düzgün istifadədir. Konfransda institutun elmi ixtiralarındanda söz açılıb. Bu günə kimi elm ocağının əməkdaşlarının 34 qurğusunun Azərbaycan və Rusiyada patenet aldığına diqqət çəkilib. Görüşdə Kənd təsərrüfatı nazirliyinin və fermerlərin iqtisadi marağına səbəb olacaq yeni kənd təsərrüfatı təyinatlı qurğuların da yaxın vaxtlarda təqdimatının keçiriləcəyi vurğulanıb.
Kamil Fətəliyev Aqromexanika Elmi-Tədqiqat İnstitunun direktoru: Bütövlükdə konfransda 32 məqalədə müzakirə olundu. Yekun etapda onlar təhlil olunacaqdır və sonda qəbul olunacaqdır. Hesab edirəm ki, konfransın işi yüksək səmərə verəcək və gələcəkdə aqrar sahə üçün bəhrəli olacaqdır.
- Baxış: 363