• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 13.10.2018 16:36

Türkiyədən Azərbaycana idxal olunan kartofda karantin tətbiq edilən zərəverici aşkar olunub

KepezTV Player

Məhsul fitosanitar qaydada zərərsizləşdirilib, sahibkara isə xəbərdarlıq edilib.

Şəmkir rayon sakini Röyal İsmayılov Türkiyədən toxumluq kartof məqsdilə ölkəyə 50 ton kartof gətirib. Qida Təhlükəsizliyi Agentliyinin Şəmkir Regional bölməsinin Qida zəncirinə nəzarət sektorunun əməkdaşları məhsuldan nümunələr götürərək, laborator analizdən keçiriblər. “Kartof gövdə nematodu” aşkar edilən 50 ton məhsulun kimyəvi və bioloji mübarizəsi çətin aparıldığından məhv edilməsi qərara alınıb. 

Fuad Mustafayev - AQTA-nın Şəmkir Regional bölməsinin sektor müdiri: “Karantin zərəverici olduğu üçün onun əkilməsi qəti qadağandır. Əgər nəzarətdən yayınıb əkini aparılsaydı bizim istehsalçılara iqtisadi cəhətdən ziyan vura bilərdi. Zərəverici insan həyatı üçün çox təhlükəlidir. Bundan sonarada bu kimi yoxlamalarımız davam etdiriləckdir”

Ölkəyə gətirilən toxumluq kartof Türkiyədə fitosanitar nəzarətdən keçmədiyi və sığortalanmadığı üçün sahibkara maddi ziyan dəyib.

Röyal İsmayılov – sahibkar: “Fiziki şəxs olaraq öılkəyə bir neçə ildir ki, Türkiyədən toxumluq kartof gətiriəm. Belə bir hadisə ilə ilk dəfədir ki, rastlaşdırıq, başımıza belə iş gəlməmişdir. İki yük maşınımızdan götürülən nümunələrdən labaratoriyada zərəverivcilər aşkar olundu və məhv olması qərarı verildi. Küllü miqdarda ziyan dəyib dəyməyinə ancaq neynəmək olar ki”

90-dan artıq bitgidə yaşaya bilən və populyasiyasını sürdürən “kartof gövdə nematodu” tempuratur yüksələn zaman təzahür edir. Bu da zərərvericinin Azərbaycan iqlimində yayılma riskini yüksəldir.