• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 11.10.2018 16:30

Gəncəli alimlərin elmi tədqiqatı müsbət nəticə verib

KepezTV Player

Şumsuz torpaq becərmə hazırda bütün qabaqcıl ölkələrdə tətbiq olunur. Ölkəmizdə də fermerləri bu üsulun tətbiqinə yönəltmək üçün maarifləndirmə işi aparılır.ADAU-da akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan Tarla günündə təsərrüfatçılar sıfır becərmənin müsbət tərəfləri ilə bağlı bilgiləndiriliblər. Bu yöndə universitetin Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında aparılan elmi tədqiqat işlərinin müsbət nəticələri təqdim olunub. Təcrübə sahəsində taxıl yığımından sonra şum edilmədən təkrar əkin aparılıb. Sıfır becərmə texnologiyası adlanan bu üsulla ölkədə ilk dəfə yeni hibrid qarğıdalı toxumu səpilib və ildə 2 dəfə məhsul yığılıb. Yeni üsulun tətbiqi ilə torpaq, su resursları mühafizə olunmaqla yanaşı qlobal istiləşmə yaradan karbon qazı emissiyası azalır, xərclərə qənaət edilir. Ölkəmizdə ərzaq təhlükəsizliynin təmini üçün bu üsulun geniş tətbiqi vacib hesab edilir.

Firudun Qurbanov laboratoriya müdiri:Qarğıdalının toxumçuluğu barəsində çətinliklər vardır. O baxımdan biz yeni yaratdığımız sortların o cümlədən yeni aldığımız bu hibridin toxumçuluğunu artırmaq istəyirik. Fermerlər istəyirik ki, öz gözləri ilə görsünlər ki, bunu etmək mümkündür. Gələcəkdə tövsiyəmiz odur ki, heç də xaricdən gətirilən başqa torpaq iqlim şəraitində alınan deyil yerli şəraitdə alınan hibridlırə üstünlük versinlər. Çünki bu öz torpaq iqlim şəraitimizdə alınmışdır. İstər dən məhsuldarlığına, istərsə də istər yaşıl kütlə məhsuldarlığına görə heç də xarici sortlardan geri qalmır. Mən deyərdim ki, daha da üstündür.