• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 10.10.2018 14:48

Qazaxın sərhəd kəndlərində polisin iş şəraiti yaxşılaşdırılıb

KepezTV Player

Qazaxın sərhəd kəndlərində 13 yeni polis sahə məntəqəsi inşa olunub. Məqsəd yaşayış məntəqələrində təhülksəziliyin tam təmin edilməsi, ictimai asayişin qorunması, ən əsası da baş verə biləcək cinayətlərin qarşısını almaqdır. Bu sahə məntəqələri polisin iş şəraitinin yaxşılaşdırmaqla vətəndaşların müraciətlərinin vaxtında araşdırılmasına şərait yaradıb.

Barat Vəliyev – sakin: Əvvəllər kənd sakinlərinin polisə müraciəti olan müəyən məsafə qətt edib rayon mərkəzinə getməli olurdular. Ancaq indi kəndlərdə yeni polis sahə məntəqsi inşa olunub.

Camoy Çaylı sakin Zəng edirsən hər hansı bir işlə bağlı dərhal gəlirlər. Köməlik göstərirlər. Axşama qədər rəhbərbər başda olmaqla balaca işçisinə qədər hamısı camaatın içindədir.

Qazax sakinlərinin razılğına səbəb 13 polis sahə məntəqəsinin inşası, 4 nəzarət buraxılış məntəqəsinin tikintisi və 63 ədəd müasir müşahidə kamerasının quraşdırılmasıdır. Sadalananlar 20 minə yaxın sakinin təhlükəsiz və rahat yaşamasına zəmn yaradıb.

Pərvin İbrahimov - polis sahə rəisi: İndi rayon vətəndaşlar rayon polis şöbəsinə deyil sahə polis məntəqələrinə müraciət edirlər və onların müracitələri yerindəcə öz həllini tapır.

Artıq kəndlərdə quraşdırılan müşahidə kameraları özünü müsbət tərəfdən doğrultmaqddaır. Fərəhli və digər kəndlərdə qeydə alınan oğurluq hadisələrinin açılmasında polisin sayıqlığı ilə yanaşı müşahidə kameralarının böyük rolu olub.

Ələsgər Orucov – sakin: Bir 15-20 gün bundan qabaq mənim evimə basqın olmuşdu. Polislərin gücü nəticəsində 102 xidmətinə zəng etməklə həmin cinayəti törədən Şəmkir rayon sakini tutuldu və mənim oğurlanan malımı gətirdilər. Hamısı yerindədir. Asayişi dəqiq yoxlayırlar. Biz polislərimizə inanırıq.

Polisin iş şəraitinin yaxşılaşdırılması ictimai təhlükəsizliyin təmin edilməsi  və baş verə biləcək cinayətlərin qarşısının alınmasına xidmət edir.  

 

Natiq Hüseyn