![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/toyota-camry-hybrid-2019-tnga-tcm-11-1478889.jpg?itok=qnRhO0JD)
Avropa bazarı üçün 14 il sonra Toyota Camry sedanı təqdim olunub. Debüt Paris avtosalonunda baş tutub. 4 qapılı maşın mart ayından istehsalı dayandırılan “Avensis”i əvəzləmək üçün gəlib. Avropada yalnız hibrid variant təklif olunur. O 2,5 litrlik 178 at güclü benzin motor, 120 at güclü elektromühərrik, litium-ion bloku və variatorla hərəkətə gəlir. “Kəmri” sifirdan yüzə kimi sürəti 8,3 saniyəyə yığır. Maksimal sürətsə 180 km/saatdır. Yanacağın ortalama sərfiyyatı 100 kilometrə 4,2 litrdir. Avtomobil hər kilometrə 98 qram emissiya tullantıları ifraz edir. Satışlar gələn ilk rübündən başlayır.
- Baxış: 882