Sosial şəbəkələrdə yeni Porsche 935 avtomobilinin Monça aerodromunda test videosu yayılıb. 911 GT2 RS-in bazasında yığılan klub sportkarı əfsanəvi leman modeli stilində hazırlanıb. Yeni modeli Kaliforniyada keçirilən Rennsport Reunion festivalı çərçivəsində göstəriblər. Yarış maşını 3,8 litrlik tvin-turbo motorla hərəkət eləyir. Aqreqat 700 at gücündədir. Sürət qutusu isə 7 pilləli robotlaşdırılmış transmissiyadan ibarətdir. Bu dəfəki Porsche 935 əvvəlkindən bir qədər yüngülləşib və indi 1380 kiloqramdır.
- Baxış: 702