![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/How%20We%20Built%20the%20World%27s%20First%20Hyperloop%20Passenger%20Capsule.jpg?itok=HHYJOScy)
Hyperloop Transportation Technologies (HTT) şirkəti gələcəyin Hyperloop sistemi üçün ilk sərnişin daşıyan kapsul hazırlayıb. Quintero One adlı kapsul İspaniyanın Puerto-de-Santa-Mariya şəhərində təqdim olunub, sınaq üçün isə Fransanın Tuluza şəhərinə göndəriləcək. Kapsulun uzunluğu 32 metr, çəkisi 5 tondur. Qurğu 28-40 arası sərnişin daşıya bilər. Kapsulun konstruksiyasında Hyperloom-un gedişi üçün vibranium materialından istifadə olunub. Deyilənə görə, vibranium alüminum və poladdan 10 dəfələrlə daha dözümlüdür.
- Baxış: 351