KepezTV Player
Yeni fəalliyətə başlayan kollektivin heyəti yerli yeniyetmə və gənclərdən formalaşdırılıb. “Qoşqar” ötən mövsüm “Xəmsə” adı ilə yarışda çıxış etmiş komandanın bazasında yaradılıb. Gəncəlilər Region Liqasında Şimal-Qərb və Qərb regionunda mübarizə aparacaqlar. Bu zonada 7 komanda iştirak edəcək. Bunlar Gəncə ilə yanaşı, Qazax, Mingəçevir, Şəki, Oğuz, Qax və Ağdaş təmsilçiləridir. Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi - ev-səfər sistemilə reallaşacaq. Hər regiondan ilk 3 yeri tutan komanda növbəti mərhələyə yüksələcək. “Qoşqar” çempionatda ilk oyununu sabah Qazaxda “Göyəzən”ə qarşı keçirəcək.
Azad Rəfi
- Baxış: 875