Polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilməsi ilə məqəsdi ilə Qazaxda veteran polis əməkdaşları ilə gənc kadraların görüşü keçirilib. Ölkədə polisiin normal fəaliyyəti üçün yaradılan imkanlar, peşəkar polis veteranlarına, onların təcrübələrinə duyulan ehtiyac diqqət mərkəzində olub. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanlar vasitəsilə yeniyetmə və gənclər arasında aparılan fitnəkar əməllərə, narkomaniyaya qarşı mübarizədə onların yardımı xüsusi vurğulnaıb. Ölkədə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizinin artdığı vurğulanıb.
Vüsal Hüseynov kadrlar üzrə baş inspektor: Burada məqsəd vatı ilə xidmət edən veteran əməkdaşlarımızla gənc kadrlarımızın vəhdətini təşkil etməkdir. Qeyd etmək istəyirəm ki polis əməkdaşlıarı nəzəri biliklərlə yanaşı praktiki təcrübəyə malik olmalıdır. Yalnız belə olduğu halda gənc əməkdaş asayişə təmin edə bilər vətəndaş rahatlığının təhlükəsizliyinin qeydinə qala bilər.
Natiq Hüseyn
- Baxış: 772