Startap turu çərçivəsində 250-yə qədər tələbə və gənc startap hərəkatının genişləndirilməsi və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək vermək barədə məlumatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə baş turan tədbirin interaktiv hissəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib. İdeyası olan iştirakçılar layihələrini təqdim ediblər. Sonda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar. <br>
- Baxış: 409