KepezTV Player
Sabah futbol üzrə Region Liqasında ikinci mövsümə start veriləcək. 4 zonada keçiriləcək yarışda Şimal-Qərb və Qərb regionu üzrə 7 komanda mübarizə aparacaq. Bu zonada çıxış edəcək kollektivlər arasında Qazax təmsilçisi də var. Bu, “Göyəzən”dir. Vaxtilə Premyer Liqadada oynamış qərblilər uzun illər I divizionun iştirakçısı olub. Ötən ildən isə “Göyəzən” Region Liqasında qüvvəsini sınamağa başlayıb. Qarşıdakı mövsüm üçün komandanın heyəti əsasən yerli gənclərdən təşkil edilib.
Azad Rəfi
- Baxış: 715