Qış mövsümündə çoxmərtəbəli yaşayış binalarının tüstübacalarının normal işləməməsinin yaratdığı fəsadlar və sakinlərin həyatı üçün yaratdığı təhlükə vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsini vacib edir. Əsasən də sovat dövründə tikilən binaların tüstübacalarının tutulması sovurma qabiliyyətini aşağı salır ki, bu da yanar qazın yaratdığı tinin mənzillərə dolmasına səbəb olur. Bunların baş verməməsi üçün Gəncədə binaların tüstübacalarının təmizlənməsi işlərinə başlanılıb.
Abdulbari Əhmədov - sakin – “ Hiss elədik ki, yuxarı mərtəbədən tutulubdur. Hiss etdik ki, içəri də dəm qazı var. Gündüzlər qapını açıq saxlayırdıq. Gecələrdə qapını açıq saxlayırdıq ki, zərərli olar. Müraciət eləmişik.
Hazırda işçi qrupu Şahlar Hüseynov bina 12, mənzil 9 ünvanında vətandaşın müraciəti əsasında gəlib. Burada tüstü bacası təmizlənir. Tüstü bacasının tutulması isə bu bina da yaşayan 12 ailə üçün problem yaradır.
Sakinləri narahat edən dəm qazının yaratdığı problemin həllinə 1 aya yaxındır başlanılıb. Gəncə şəhər Mənzi Komunal Təsərrüfat İstehsalat Birliyinin birqadaların növbəlilik əsasında binalardakı tüstübacaların normal fəaliyyətini təmin edir.
İlqar Əsədov - Gəncə Şəhər MKTİB-nin 11 № sahəsinin rəisi – “ Biz bundan əvvəl Şah İsmayıl Xətai küçsənin 65 nömrəli ünvanında yerləşən yaşayış binasının tüstü bacası təmizlənib təhvil verilib. Bu işi görəndən sonra bizim 8 ünvandan tüstü bacanın təmizlənməsi ilə əlaqədar müraciətimiz var. Onun əsasında işlətimizi davam etdirəcəyik.
Faiq Cabbarov - usta – “Binanın həm içindən, həm çölündən təmizləyib sakinlərə təhvil veririk ki, sakinlərə qış mövsümündə pis fəsadlar verməsin”.
Təmizlik işləri tüstübacalarda fəsadların yaranmasında sakinlərin də əli olduğunu ortaya çıxarıb.
Dilqəm Alıyev - Gəncə Şəhər MKTİB-nin rəis əvəzi – “Müəyyən problemlərlə rastlaşırıq. Bunun üçün müəyyən orqanlara məktubda hazırlamışam. Adətən tüstü bacaları üçün qoyulmuş hava xətləri mətbəxdə olan havanın təmizlənməsi üçün qoyulur. Təəsüflər olsun ki, dəfələrlə özüm şahidi olmuşam bütün yaşayış binalarında əhali dəhlizə özləri yer açıb hava xəttinə qaz borusu qoyurlar. Ancaq bilmək lazımdır ki, bunların hamısı həmin binanın partlaması olar, qonşunun zəhərlənməsi ilə nəticələnə bilər. Mən Gəncə sakinlərindən xahis edirəm ki, belə hallara yol verməsin”.
Təmizlik işləri başlayandan Gəncədəki 844 yaşayış binasından 70-nin tüstübacası təmizlənib. Qış mövsümünə kimi bu işlərin yekunlaşması nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 739