KepezTV Player
Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 5-ci turun oyunları keçirilib. Tur çərçivəsində “Kəpəz” doğma publika qarşısında “Qaradağ Lökbatan”ı qəbul edib. İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri 14-cü dəqiqədə Elgün Orucovun qolu sayəsində hesabı açıblar. Fasiləyədək sarı-göylər daha bir qol vurub. Bu dəfə 38-ci dəqiqədə Elcan Rəhimov başıyla topu qapıdan keçirərək fərqi iki topa yüksəldib. İkinci yarıda da oyuna hakim olan gəncəlilər 48-ci dəqiqədə Dieqo Souzanın qoluyla hesabı 3:0 ediblər. Qarşılaşmada son nöqtəni isə ilk qolun müəllifi Elgün Orucov qoyub. 86-cı dəqiqədə dubl edən oyunçu “Kəpəz”in 4:0-lıq qələbəsini rəsmiləşdirib.
Orxan Cəfərzadə
- Baxış: 740