5 il müddətinə qüvvədə olacaq qərar ölkədə arıçılıq təsərrüfatlarının uçotu aparılmaqla tətbiq edilir. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon və şəhərlərdə arı ailələrinin identikləşdirilməsi üçün komissiyalar yaradılıb.
Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru:Hər bir arıçı öz arıxanasında saxladığı arı ailələri haqqında, həmin qərara əsasən rayonda yaradılan komissiyaya ərizə ilə müraciət etməlidir. Həmin ərizəyə də arı aliələrinin uçotu haqqında lazım olan məlumatlar daxil edilməlidir. Əgər fiziki şəxsdirsə şəxsiyyət vəsiqəsinin surətini, ünvanını, əlaqə telefonunu və əgər varsa bank hesabını və hüquqi şəxslər də eyni qaydada onlara məxsus sənədləri təqdim etməlidir.
Bununla belə təsərrüfatçılar arıxanaları üçün mütləq şəkildə yaşadıqları rayon və şəhər üzrə baytarlıq idarələrindən sanitar gigiyeniq sertifikat almalıdır. Qeydiyyatdan keçən hər arı ailəsinə ildə bir dəfə 10 manat subsidya veriləcək.
Nəcəf Bayramov arıçı: Uzun müddətdir bu işlə məşğuluq. Dolanışıq kimi, gəlir əldə etmək üçün arıçılıqdan istifadə edirik. Bu ildə çox şükür bal yaxşı olub, bol olub. Sağ olsun prezidenti arıçılara subsidya verir. Bizdə həmin maddi yardımı arıların saxlanılmasında müəyyən işlərinə xərcləyəcəyik. Yəni arıların daşınmasına, dərmanlanması xərcliyək. Gələcəkdə arıların sayını artırmağı düşünürük.
Məsim Məmmədov arıçı: 40 ilə yaxındır arı saxlıyıram. Arılarımız Qabaqtəpə arısıdır. Yəni boz arıdır. Bu arıların məhsuldarlığı çox yüksək olur. Həm götürdüyü bal keyfiyyətili olur həmdə məhsuldarlığı yaxşı olur. Əlbəttə bu subsidyanın bizə çox böyük köməyi olacaq. Mən gələcəkdə təsərrüfatı genişləndirərək 500 arı ailəsinə çatdırmaq istiyirəm.
Mütəxəssislərin fikrincə dövlət dəstəyi arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri Azərbaycan balının dünya bazarında möhkəmlənməsinə əsas verir.
Ötən il Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min dollar təşkil edib ki, bu da dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır.
- Baxış: 294