KepezTV Player
Saatlı rayonunda qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub. Rayon sakini 28 yaşlı Xəyal Həşimov ailə münaqişəsi zəminində 58 yaşlı qayınanası Hökumə Alışovanı 7 bıçaq zərbəsi ilə qətlə yetirib, həyat yoldaşı 25 yaşlı Gülbikə Həşimovanı isə yaralayaraq hadisə yerindən qaçıb. Həşimov Saatlı rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Kürmahmudlu kəndi ərazisində, anasının yaşadığı evə gedərkən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
- Baxış: 416