KepezTV Player
Zaqatala rayonunda şadlıq evində ölüm olub. Göyəm kəndi ərazisində fəaliyyət göstərən şadlıq sarayının sanitar qovşağında kişi meyiti aşkar edilib. İlkin araşdırma zamanı cəsədin Abaylı kənd sakini, 61 yaşlı Kamil Kostiyevə məxsus olduğu müəyyənləşib. Həmin şəxs şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmadığından Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 397