• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 24.09.2018 11:02

İlk “ağıllı” akvarium təqdim olundu

Texnologiyalar adi akvariumlara da gəlib çıxdı. İndi bu qurğu əsl qacetdir. Bluenero sadə akvariuma oxşasa da özündə bir sıra funksiyaları birləşdirir. Bluenero akvariumu ilk növbədə suyun avtomatik təmizlənməsi sistemi ilə təchiz olunub. Bunlarla yanaşı suyun turşululuğunu və duzluluğunu izləyən sensorlar da var. Akvariumda yaşayanlar üçün qidalar xüsusi bölmə ilə yüklənir və cədvəl üzrə paylanır. Akvariumda smartfon proqramına qoşulan Bluetooth və Wi-Fi-a da rast gəlmək olar. Onun köməyilə suyun vəziyyəti və daxili işıqlanma izlənilir. Akvariumdakılar üçün içəridə kameralar quraşdırılıb. Belədə öz balığınızı uzaq məsafədən izləyə bilərsiz. 60 litrlik “ağıllı” akvarium $339, 100 litrlik isə $549 dəyərindədir. Bluenero layihəsi hələlik konsept şəklində təqdim olunub və istehsalı üçün maddi vəsait yığılır.