Yarışın açılış mərasimində gənc nəslin nümayəndələrinin milli idman növünə böyük marağ göstərdiyi qeyd olunub. Bunun nəticəsidir ki, məşq bölmələrində güləşlə məşğul olanların sayının ildən ilə artdığı vurğulanıb. Gəncənin Azərbaycan idmanına Olimpiya, dünya və Avropa çempionları bəxş etdiyi bildirilib. Rəsmi hissədən sonra yarışa start verilib. Bu dəfə ki şəhər birinciliyi Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunub. Xalça üzərində 13-14 yaşlı yeniyetmələr qüvvəsini sınayıb. Mübarizələrdə 10 çəki dərəcəsi üzrə 87 pəhləvan iştirak edib. Medallar uğrunda yerli idman məktəbləri və cəmiyyətlərin güləşçiləri məharətini göstərib. Yarış qarşıdakı günlərdə Şamaxıda Oleq Krapivinin şərəfinə keçiriləcək Respublika turnirinə seçim xarakteri daşıyıb.
Azad Rəfi
- Baxış: 646