KepezTV Player
Dəmir yollarının əsaslı təmiri çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Dəliməmmədli və Goran stansiyalarında yoldəyişən qurğu dəyişdirilir, dəmir yolunun stansiya ərazisindən keçən hissələri əsaslı şəkildə yenidən qurulur. 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssiəsi MMC tərəfindən işlər mərhələli şəkildə davam etdirilir. Bu ilin sonuna kimi sürət qatarları üçün dəmir yolu xətti və stansiyalar tam hazırlıq səviyyəsinə gətiriləcək. Layihəyə uyğun olaraq Bakı-Böyük Kəsik istiqamətində sərnişin qatarları 120, yük qatarları isə saatda 100 km sürətlə hərəkət edəcək.
- Baxış: 799