• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 21.09.2018 14:17

Gəncədə “21 sentyabr - Beynəlxalq Sülh Günü” münasibəti ilə maarifləndirici tədbir keçirilib

KepezTV Player

Gənclərin iştirak etdiyi tədbirdə günün tarixi və onun dünya xalqları üçün əhəmiyyəti barədə danışılıb. BMT bu günü 1981-ci ildə təsis edib və ilk sülh günü həmin ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı qeyd edilsə də, 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib. Bu tarix həm də dünyada atəşkəs günü kimi elan edilib. Sülh mövzusu bu gün bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi böyük əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır və sülh sevən bir dövlətdir.

Rəşad Əlizadə - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri – “Azərbaycan torpaqlarının 20 faizdən çoxu işğal altındadır. Azərbaycan dövləti həmişə sülh tərəfindən çıxış edir. Bu problemin həllini sülh yolunda görür. Bizdə çalışırıq ki, belə məlumatları gənclərimiz arasında bölüşək”.

Elşan Tağıyev iştirakçı – “Sülhnən bağlı bizə xeyli ətraflı məlumatlar verildi. Biz gənclər olaraq da beynəlxaql gününün daha ətraflı izah və məlumatını öyrəndik”.

 

Elnur Vahidoğlu