• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 21.09.2018 13:34

Bir neçə hissəyə bölünən maşında 4 nəfər öldü

KepezTV Player

Bakıda qəza dəhşət saçdı. 4 nəfərin ölümü ilə nəticələnən tükürpədici yol nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Hyundai” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil bir neçə hissəyə bölünüb. Maşında olan 4 nəfərin hamısı yerindəcə dünyasını dəyişib. Avtomobildə olanlardan birinin bədəni hissələrə bölünüb. Qəzada ölənlər - sürücü, Bakı sakini, 25 yaşlı Anar Əzimov, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 27 yaşlı Hafiz Bilalov, Bakı sakinləri, 29 yaşlı Həsən Məmmədsadıqov və onun həmyaşıdı Nurlan Rüstəmovdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər avtomobildə olan meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Xətai rayon Polis İdarəsində faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.