Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-illik yubleyi münasibəti ilə Şəmkir rayonunda yerli Gənclər İdman İdarəsi və Böyük Yol Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında Açıq rayon Birinciliyi keçirilib. Şəmkir Olimpiya İdman Kompleksində keçirlən yarışda yerli idmançılarla yanaşı ətraf şəhər və rayonların idamnçılarıda iştirak edib. Yarışın təntənəli açılış mərasmində çıxış edənlər Şəmkirdə idmanın kütləviliyinə nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışıblar. Rayonda taekvando idman növünə olan marqdan və yerli idmançıların bu növ üzrə qazandıqları nailəyyətlər məqbul hesab edilib. Rəsmi hissədən sonra yarışlara start verilib. 20 çəki dərəcəsində 100-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb. Sonda qalib idmançılar Şəmkir rayon İcra Hakimiyyətinin medal, diplom və fəxri fərmanları mükafatlandırılacaq.
Şahnur Məmmədov baş məşqçi: Yarışda Tovuzun 3 komandası Göygölün 2 Gəncənin 2 Gədəbəy eləcədə Şəmkir komandası iştirak edir. Yarışda ümumilikdə 150 yeniyetmə və uşaq öz güclərini sınayır.
Natiq Hüseyn
- Baxış: 817