• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 20.09.2018 14:10

Azərbaycanlı iş adamı öldürüldü

KepezTV Player

Azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. O, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb.Məlumata görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Dava silahlı insidentə çevrilib. Bu zaman Gözəl Dəmirov Etimad İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb.Yaralı təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkar Gözəl Dəmirov polis tərəfindən saxlanılıb. O, Bakının Suraxanı rayonunun polis rəisi olub.Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu olub.