• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 17.09.2018 13:25

Oğul atanı öldürdü

KepezTV Player

Göygöldə gənc oğlan atasını qətlə yetirib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quluyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. Atasının müqavimət göstərdiyini görən gənc ona bir neçə bıçaq zərbəsi də endirib. Ramil Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisədən sonra könüllü şəkildə polisə təslim olan Eşqin Quluyev saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb.

Bakının Suraxanı rayonunda da qətl hadisəsi baş verib. 39 yaşlı Dostəli Abuzərov Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 41 yaşlı Sərsəng Qədirovla mübahisə edib. Bu zaman Abuzərov Sərsəng Qədirovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Dostəli Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.Lənkəranda mal-qarası qonşusunun həyətinə girən şəxs də bıçaqlanıb. Hadisə Liman şəhərində "Sovxoz" adlanan ərazidə baş verib. Qonşuların bildirdiyinə görə axşam saatlarında mal-qaranı örüşdən qarşılamağa gedən 44 yaşlı Yusif Əliyevin qonşusu ilə mübahisəsi yaranıb. Mübahisəyə Yusif Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Bu zaman qonşu Yusif Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Paytaxtın Binəqədi rayonunda Ayna Sultanova parkında da qanlı hadisə qeydə alınıb. 21 yaşlı Aidə Qocayeva parkda sevgilisi ilə görüşən zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman sevgilisi üzərində olan bıçaqla qızı bıçaqlayıb. Daha sonra isə hadisə yerini tərk edib. Yaralının səsinə gələn ətrafdakı insanlar təcili tibbi yardım çağırıblar və qız xəstəxanaya çatdırlıb. Həkimlər üzərində iki bıçaq xəsarəti olan Aidə Qocayevanın həyatı üçün təhlükə olmadığını bildiriblər.Yaralının izahatı alınıb. Hazırda hadisəni törədən şəxsin tutlması istiqamətində əməliyyat keçirlir. Araşdırmalar davam edir.