• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 14.09.2018 13:28

Salyan sakininin güllələnərək qətlə yetirilməsinin təfərrüatları

KepezTV Player

Hadisə bir neçə gün bundan əvvəl günorta saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Elgün Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Bağırovu ov tüfəngi ilə vuraraq qətlə yetirib. Hadisənin təfərrüatını öyrənmək məqsədi ilə çəkiliş qrupumuzla birlikdə Seyidsadıqlı kəndində Bağırovlar ailəsində olduq. Araşdırma zamanı məlum oldu ki, hadisədən bir gün əvvəl axşam saatlarında Salyan şəhərindəki şadlıq saraylarının birində həmkəndlilərinin oğlunun kiçik toy məclisində bir yerdə, elə bir masa arxasında oturublar.

Ertəsi gün sürücü işləyən Rüfət Bağırovun təcili işi çıxdığından “Qazel” markalı yük maşını ilə Salyan şəhərinə gedib. Saat 10-un yarısında Elgün Rüfətgilə gələrək zəngləşmək üçün onun telefon nömrəsini atası Rüstəm kişidən alıb. Nömrəni aldıqdan sonra konturunun olmadığını bildirən Elgün sonra zəng edərəm deyib çıxıb gedir. Rüstəm kişi dərhal oğlu Rüfətə bu barədə məlumat verib, oğlu atasına vacib işim var, bir qədər gecikəcəm, gəlib onun işini həllə edərəm. Nəhayət Rüfət Bağırov təxminən saaat 16 radələrində evə qayıdıb, bir qədər dincəldikdən sonra Elgüngilə getməyi qərara alıb. Elə bu zaman telefonuna zəng gəlib. Zəng edən Elgün Səmədzadənin dayısı Qədim adlı kişi olub. O da Rüfətdən buğdanı aparmasını xahiş edib.

Rüfət Bağırovun yaralandığını eşidən əmisi Elman Bağırov hadisə yerinə gedərək onu xəstəxanaya aparmaq istəyib. Elə bu zaman əli tüfəngli Elgünlə üz-üzə gəlib.

Nəhayət çətinliklə olsa da yaralı Rüfət Bağırovun həyatını xilas etmək üçün doğmaları onu hadisə yerindən götürüb Salyan Mərkəzi Rayon Xəstəxanasına üz tutublar. Qətl hadisəsinin baş vermə səbəbləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.