Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şəmkir rayon rəhbərliyi Aşağı Seyfəli kəndində səyyar qəbul təşkil edib. Müraciətlərin əsasını yeni salınan yaşayış massivinin qazlaşdırılması, təsərrüfatların suvarma suyu ilə təchizatının yaxşılasdırılması, kəndarası yolların təmiri, eləcə də mövcud təhsil ocaqlarında tədrisin kefiyyətinin yüksəldilməsi məsələləri təşkil edib. Səsləndirilən problemləri fərdi qaydada dinləyən rayon rəhbərliyi təkliflərin qeydiyyata alındığını və mərhələli şəkildə həll ediləcəyini diqqətə çatdırıb. 7250 nəfər əhalisi olan Aşağı Seyfəli kəndində bir bağça, 3 məktəb, 3 tibb məntəqəsi, poçt və elektron ATS fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və heyvandarlıqdır.
Natiq Hüseyn
- Baxış: 705