Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə iş aparır və bazar kimi şərq ölkələri nəzərdə tutulub. Hazırda ölkədə doğulan hər 10 buzovdan 8-i süni mayalanma yolu ilə əldə olunur. Daha məhsuldar və səmərəli hesab olunan cins sortlara təsərrüfatçılar tərəfindən maraq böyükdür.
2011-ci ildən fəaliyyətə başlayan Respublika Süni Mayalanma Mərkəzi yerli cır sortların, ətlik və südlük baxımından daha sərfəli olan, süni mayalanma yolu ilə cins sortlarla əvəzlənməsi ilə məşğuldur. Bu heyvandarlığın inkişafı ilə yanaşı təsərrüfatçıların daha çox gəlir əldə etməsinə imkan yaradıb. Son 2 ildə respublikada 900 min baş heyvan süni mayalandırılıb. Cari ildə isə bu yolla heyvanlardan 49 min alınıb.
Ramiq Abbasov - Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Gördüyünüz bu mərkəzin 2016-cı ildə inşasına başlanılıb. 2017-ci ildə möhtərəm prezidentin iştirakı ilə açılışı oldu. O, vaxtan bu günə buraya xarici ölkələrdən 6 cins üzrə 36 baş heyvan alınıb gətirildi. Alınan cinslər ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar bütün sahibkarların və fermerlərin arzusu ilə rayonlaşma ilə əlaqədar olaraq alınıb. Hazırda bizdə südlük, ətlik, südlük-ətlik və bir çox başqa cinslər var ki, bunlardan keyfiyyətli toxum əldə olunur.
Mərkəzdə laborator şəraitdə əldə edilən yüksək keyfiyyətli toxumların xarici bazarlara çıxarılması da nəzərdə tutulur.
Ramiq Abbasov - Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Artıq bu işlər üzrə kənd təsərrüfatı nazirliyi tərəfindən müəyyən işlər aparılır. Çalışırıq ki, xarici ölkələrə çıxışımız olsun. Bizdə xarici ölkələrə ən azından orta asiya ölkələrinə toxum satışını təşkil edək. Mən əminəm ki, buna nail olacayıq. Bundan başqa bizim regional təlim mərkəzimiz fəaliyyət göstərir. Ölkədə süni mayalanma texniklərinin hazırlanması üçün və yaxudda xaricdən gələn tələbələrin hazılığı üçün cox gözəl şəraitimiz var.
Heyvandarlığın inkişafının stimullaşdırılması məqsədi ilə dövlət tərəfindən süni mayalanma yolu ilə əldə olunan hər buzova görə 100 manat subsidiya verilir. Bu məqsədlə ötən il 31 723 nəfərə 39 425 manat subsidiya ödənilib.
Elton Cabbarlı
- Baxış: 375