• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 11.09.2018 12:34

Xəstəxanada əməkdaşları döydülər

KepezTV Player

Şəki Rayon Mərkəzi Xəstəxanasında tibb müəssisəsinin iki işçisi döyülüb. Hadisə nəticəsində tibb bacısı 48 yaşlı Yeganə Rəsulova qapalı kəllə beyin travması alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qarın nahiyəsindən zərbə alan xadimə, 63 yaşlı Firəngiz Cəfərova isə vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Hadisəyə səbəb qardaşı Reanimasiya şöbəsində müalicə alan şəxsin içəriyə buraxılmaması olub. Tibb işçiləri reanimasiya şöbəsinə icazəsiz daxil olmağın qadağan edildiyini bildirsələr də, bu cavab onu qane etməyib. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi araşdırma aparır. Qeyd edək ki, hadisəni törədən şəxsin qardaşı, Vərəzət kənd sakini 30 yaşlı Elçin Mustafazadə qapalı kəllə beyin travması diaqnozu ilə Reanimasiya şöbəsində müalicə olunur.