KepezTV Player
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 əcnəbi saxlanılıb. Onlardan 11 nəfərinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.48 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
- Baxış: 656