Novxanı qəsəbəsində çimərlik ərazisində yerləşən iki ailəvi istirahət mərkəzinin icarədarları - İlqar Allahverdiyevlə Fərahim Möhbalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokollar tərtib edilib. Onlar sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədikləri üçün cərimələniblər. Sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib. Dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə 3 restoranın icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev və Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.
Xəzər rayonu, Mərdəkan qəsəbəsində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib. Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.
- Baxış: 659