Qurban bayramı münasibətilə xırdabuynuzlu heyvanların satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutub və xüsusi ayrılaraq dezinfeksiya edilmiş yerdə təşkil olunub. Nazirliyin müraciəti əsasında Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən fermerlər də yarmarkada iştirak ediblər.
Nail Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi:Kənt Təsərrüfatı Nazirliyi olaraq ölkənin 10 şəhərində bu yarmarkalar təşkil olunmuşdu. Bakı şəhərində 32 məntəqəsində təşkil edilib. 30 minə yaxın heyvan satışa çıxarılıb. Əsas odur ki, vətəndaşlar rahat şəkildə gəlib bu yarmarkalardan istifadə etsinlər. Heyvanlarını alıb qurbanlarını kəssinlər.
Səhər saatlarından başlayan yarmarkada 300-dən çox xırdabuynuzlu heyvan satışa çıxarılıb. Qiymət heyvanın çəkisinə görə 100-160 manat arasında dəyişib ki, bu da hazırkı bazar dəyərindən 30-35 manat aşağıdır.Qiymətlərin münasibliyi alıcılıq qabiliyyətinin yüksək olmasına şərait yaradıb.
Ramin Quliyev alıcı:13-14 kiloqramdır. 130 manata aldıq. Çox razıyıq. Hamının bayramı mübarək olsun
Rəhim Məmmədov satıcı:60 heyvan gətirmişdim, 40 heyvanı satdım, 20- qalıb. Hər cür qiymətə var. Böyüklərini 150 manata, kiçiklərini 100-120 manata satmışıq.
Gəncədə qurbanlıq heyvanların kəsimi isə Qida Təhlükəsizliyi Agentliyi Gəncə Regional Şöbəsinin Baytarlıq sektoru əməkdaşlarının nəzarəti altında xüsusi ayrılmış yerlərdə həyata keçirilib. Qurban ətlərindən götürülən nümunələr Agentliyin nəzarət məntəqlərində laborator analiz edilib. Baytarlıq-sanitariya normalarına uyğun kəsim yerlərində qəssablar təlimatlandırılıb və xüsusi geyim formaları ilə təmin olunublar.
- Baxış: 1495