Qurum bayram günlərində yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq qabaqlayıcı tədbirlər görəcək. Gün ərzində müxtəlif istiqamətlərə sərnişinin daşınmasını həyata keçirən avtovağzal bayram günlərində xüsusən Bakı istiqamətində avtobus və mikrovtobusların sayını artırmağı planlaşdırır. Gəncə Beynəlxalq Avtovağzalından sərnişinlərə tövsiyə olunur ki, bəzi işbazlar tərəfindən sıxlıqdan istifadə edilərək süni qiymət artmına yol verilməməsi üçün biletləri kassalardan əldə etsinlər.
Arif Zeynalov Gəncə Beynəlxalq Avtovağzalının dispetçeri:Hazırda gün ərzində paytaxt istiqamətinə 21-22 avtobus xəttə buraxılır. Digər şəhər və rayonlarımızada gün ərzində 30-a yaxın mikravtobus və avtobus xidmət göstərir. Baş verəbiləcək sərnişin sıxlığını aradan qaldırmaq üçün ehtiyat atobus və mikravtobuslarımız vardır.
- Baxış: 752