Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar" üzrə II qrant müsabiqəsinin qalibi olan "Psixoloqa dəstək"layihəsi çərçivəsində Goranboyda görüş keçirilib. Rayon Təhsil Şöbəsində müəssisənin əməkdaşları və rayon məktəblərinin psixoloqları bir araya gəliblər. Tədbirdə ümumtəhsil məktəblərində psixoloji işin düzgün aparılması, bunun məktəblilərin gələcək həyatında əhəmiyyəti barədə müzakirələr aparılıb. 3 ay müddətinə reallaşdırılacaq layihə çərçivəsində ümumtəhsil müəssisələrində seminarlar, Qaxda düşərgə təşkil ediləcək, sentyabrda isə psixoloqların təlimlərdə keçilənləri mənimsəməsinin monitorinqi aparılacaq.
Kamandar Həsənov layihə rəhbəri: Layihəmizin məqsədi Goranboy rayonunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarında şagird, valideyn və müəllimlərlə psixoloji xidmətin təşkili üzrə praktik bacarıqların artırılmasıdır. Layihə çərçivəsində qarşıya qoyulan məqsədi həll etmək, ona nail olmaq üçün bir sıra vəzifələri müəyyən etmişik".
- Baxış: 491