KepezTV Player
Daşkəsən rayonun müxtəlif ərazilərində təşkil olunan reyddə sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Tədbirlər zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.
Eyni zamanda sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.
"Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.
- Baxış: 853