Paytaxtın Qaradağ rayonunda, Qobustan qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon sakini Zeynal Soltanov “VAZ 2107” markalı minik avtomobilinin idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Zərbənin təsirindən maşın yararsız hala düşüb. Qəza zamanı sərnişin, 64 yaşlı Elza Hüseynova hadisə yerində keçinib. Sürücü isə ağır xəsarətlər alıb.Yaralı dərhal xəstəxanaya çatdırılıb. Meyid avtomobildə sıxılıb qaldığından hadisə yerinə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xüsusi alətlərin köməkliyi ilə cəsəd avtomobildən çıxarılıb. Hadisə yerində olan yol patrul xidmətinin əməkdaşları müayinələr aparıblar. İlkin ehtimalla görə qəzaya yüksək sürət səbəb olub.
Xaçmazda da qəza olub. Rayon sakini 26 yaşlı Ruslan Hacıbalayev idarə etdiyi avtomobili yüksək sürətlə yol kənarındakı dirəyə çırpıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Çoxsaylı bədən xəsarətləri alan sürücü qəzaya düşən zaman sərxoş olub. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 715