• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 13.08.2018 13:22

Astarada "təmiz hava"

KepezTV Player

“Təmiz hava” aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birgə tərdbirlər planına əsasən, Astarada reyd keçirilib. Məqsəd avtomobillərdən çıxan zərərli qazların miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsidir.

"Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı bir sıra avtomobillərdə atmosferə buraxılan zərərli qazların miqdarının normadan artıq olduğu aşkar olundu. Bu avtomobillərin sürücüləri barəsində 1 saylı Ərazi üzrə Ekololgiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının iştirakı ilə protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edildi. Bundan başqa reyddə sərxoş şəkildə avtomobil idarə etmə, sürücülük hüququ olmadan avtomobili idarə etmə, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və digər kobud qayda pozuntularına rast gəlindi.

Gördüyünüz bu sürücü isə nasaz avtomobili dövlət nömrə nişanı olmadan, sərxoş şəkildə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Nasaz vəziyyətdə tərəfimizdən saxlanıldı. Saxlanılarkən aşkar olundu ki,sürücü sərxoş vəziyətdə avtomobili idarə edir.

Həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülərə qarşı rayon ərazisində bu cür reydlər qarşıdakı vaxtlarda da keçiriləcək