Gəncədə 12 avqust Beynəlxalq Gənclər Günü ərəfəsində gənclərin istedadının üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi məqsədilə tədbir keçirilib. Gəncə şəhər İcra Hakimiyyəti, Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə reallaşan toplantında QHT-lərin fəal üzvləri, Avropa könüllüləri təşkilatından 100-ə yaxın nümayəndə iştirak edib. Gəncə SOS Uşaq Kəndinin xüsusi qabiliyyətli 11 sakini də yığıncağa qatılıb. Tədbir çərçivəsində “Gəncə gənclərin gözü ilə” adlı fotosərgi keçirilib, gənclərə beynəlxalq proqramlarla bağlı məlumatlar verilib.
Müşfiq Cəfərov - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Biz bütün sahələri əhatə etmişik. Burada tək foto sərgi yox, fərqli əl işləri, xüsusi qabiliyyəti olan gənclərin idman sahəsində öz bacarıqları nümayiş olunur.
Ayhan Qorqa - “Gələcəyə Körpü” İB-nin beynəlxalq könüllüsü: Bir çok etkinlikler var və iz bunlar içinburadayız. Ingilizceyi və daha bir sürü gönüllü arkaşdaların bildiyi diller gibi bunları buaradakı Azerbaycan halkına öyretmek ve eylenceli vakit geçirmek için burdayız.
Raksana Kaçmar - “Gələcəyə Körpü” İB-nin beynəlxalq könüllüsü: Bu gün burada təşkil olunan fəaliyyətləri mən çox bəyəndim. İstər fotoların sərgisi, istər yeniyetmələrin idmanla bağlı çıxışları. Nümayişlər hamısı çox maraqlı, çox xoşdur.
- Baxış: 939