Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən reallaşdırılan tədbir zamanı şəhər əhalisinin aktivliyi müşahidə olunub. Bu sosial kampaniyanın üstünlüklərini eşidən hər kəs mobil ofislərin ətrafında toplaşıb. Ümumilikdə keçirilən kampaniyada 200-ə yaxın sakinə xidmət göstərilib. Keçirilən kampaniya nəticəsində 130 sakinə birbaşa yaşadıqları ərazidə əmlaklarına dair çıxarışlar təqdim olunub. Mobil ofislərə müraciət edən 70 sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, mənzilləri, həyatyanı torpaq sahələrini əhatə edib. Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib. Komitənin qeydiyyat xidmətlərini vətəndaşların bilavasitə ünvanına çatdıran “Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətini davam etdirir. Kampaniyanın növbəti ünvanı 13-17 avqustda Abseron rayonun Digah qəsəbəsində olacaq. Digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Cari il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15-ə yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 3-ü paytaxtda qalanı isə regionlarda baş tutub.
Əli Zamanov – sakin: Gəncə sakiniyəm. Yeni tikinti binası ilə əlaqədar sənədin hazırlanması üçün müraciət etdim. Sağ olsunlar qısa müddətdə köməklik etdilər, həll olundu.
Zamir Əsgərov – sakin: Torpağımı, əmlıakımı özəlləşdirmək üçün çıxarış almaq üçün müraciət elədim. Müraciətimə dəqiq həmin günü baxılıb, mənim sənətimi özümə təqdim elədilər. Arzu edirəm ki, bu cür xidmətlər həmişə Gəncə şəhərində və Respublikamızda davm eləsin”.
Elnur Vahidoğlu
- Baxış: 820