KepezTV Player
Goranboyda rayonunun Hazırəhmədli kənd sakini, 35 yaşlı Emil Rəfiyev odlu silahdan açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyəti hazırda orta-ağırdır. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Emil Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan açılan güllə onun özünə dəyib. Faktla bağlı araşdırma davam etdirilir.
- Baxış: 957