KepezTV Player
Səlahiyyət müddəti başa çatan Türkiyənin Gəncədəki Baş Konsulu Orxan İşık KİV və ictimaiyyət nümayəndələri, eləcə də şəhərdə yaşayan türk iş adamları ilə vida görüşü keçirib. Orxan İşık Gəncədəki fəaliyyəti dövründə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Baş konsulluğun 2012-ci ildən Gəncədə fəaliyyətə başladığını bildirən diplomat bu vəzifəni icra edən ikinci baş konsul olduğunu qeyd edib və estafeti Zeri Öztürkə verəcəyini sözlərinə əlavə edib. O, öz vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Orxan İşık vida görüşünün doğum günü ilə eyni gündə keçirilməsinin rəmzi xarakter daşıdığını da bildirib.
- Baxış: 1334